22 fevral 2014 11:33
Lənkəranda qələbə Bakıya 1000 manata başa gəldi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Topaz Premyer Liqasının XXII turunun “Rəvan” - “Qarabağ” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXII turunun “Xəzər Lənkəran” - “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 79-cu dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
Topaz Premyer Liqasının XXII turunun “Simurq” - “Sumqayıt” matçının 32-ci dəqiqəsində “Sumqayıt” klubunun 3 №-li futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
(PFL)
