22 fevral 2014 11:22
Atletiko meydana qara sarğı ilə çıxacaq
Madrid “Atletiko”sunun oyunçuları İspaniya çempionatının “Osasuna” və “Real”a qarşı keçiriləcək növbəti tur oyunlarına qara sarğı ilə çıxacaqlar. Azerisport.az xəbər verir ki, bununla komanda üzvləri 26 fevral Xocalı faciəsinin 22-ci il dönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsini yad edəcək və ehtiram əlaməti nümayiş etdirəcək.
Klubun bildirib ki: “Biz bütün Azərbaycan xalqının dərdinə şərik oluruq”.
1992-ci fevralın 26-da erməni silahlı birləşmələrinin və MDB ölkələrinin birləşmiş silahlı qüvvələrinin 366-cı motoatıcı alayının Xocalıya amansız hücumu nəticəsində 613 dinc sakin, o cümlədən, uşaq, qadın, qoca, qətlə yetirilmiş, onlarla insan itkin düşmüşdü.
