22 fevral 2014 20:13
Laşa Salukvadze: Bakı əsas rəqiblərimizdən biridir
“İnter”in müdafiəçisi Laşa Salukvadze azerisport.az saytına müsahibəsində TPL-in 22-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirilmiş oyunu (2:2) xatırlayıb və “Bakı” ilə keçiriləcək növbəti tur oyunundan danışıb:
- Siz də “İnter”in ötən tur iki xal itirdiyini hesab edirsiniz?
- Təbii ki, biz iki xal itirdik. Bizim daha çox qol vəziyyətimiz vardı. İki dəfə hesabda irəli idik. Hesab 1:0 olarkən, ikinci qolu vurmaq lazım idi. Xüsusən, bunun üçün kifayət qədər vəziyyətlər vardı. Qətiyyətlə demək olar ki, bizim sadəcə, bəxtimiz gətirmədi. Artıq heç nə etmək olmaz, biz “Bakı” ilə oyuna köklənmişik.

- Bu rəqib haqda nə düşünürdünüz?
- Çətin oyun olacaq. “Bakı” əsas rəqiblərimizdən biridir. Bu komanda son turlarda inamlı nəticələr göstərir. Buna rəğmən, biz ancaq qələbəyə oynayacağıq.

- “İnter” son dəqiqələrdə “Neftçi”dən ikinci qolu buraxdı. Bu, qarşdakı oyunlarda özünəinama zərər verə bilər?
- Düşünürəm ki, yox. Sadəcə olaraq, müdafiədə daha diqqətli olmaq lazımdır və bizimlə belə qəziyyələr baş verməyəcək.

- Ötən tur siz ilk dəfə “İnter”in heyətində fərqlənə bildiniz.
Bu qol mənim üçün xüsusi əhəmiyyət kəsb etmir. Oyunda qələbə qazansaydıq, daha yaxşı olardı. Bax onda, xoş olardı.

- Azərbaycan çempionatına artıq öyrəşmisiniz??
- Bəli. Mənim heç bir problemim yoxdur. Çempionatın səviyyəsi xoşuma gəlir. Xüsusən, komanda yoldaşlarımın dediyi kimi, bu mövsüm mübarizə kifayət qədər ciddidir. Üstəgəl-çıx beş komanda üçlük uğrunda mübarizə aparır. Yaxşı çempionatdır.

- Bu mübarizədə komandanızın şanslarını necə qiymətləndirirsiniz?
- Mövsümü pis başladıq. Ancaq sonra sabitlikdə yaxşıca artırdıq və mükafatçılar dəstəsinə düşmək üçün sərfəli şanslarımızı saxlayırıq.