22 fevral 2014 20:00
23-cü turun bütün oyunları 1 dəqiqəlik sükutla başlayacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turun bütün görüşləri bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, bundan əlavə komandalar meydana qollarında qara sarğı olan formalarla çıxacaqlar.
Bununla klublarımız 26 fevral - Xocalı soyqırımının qurbanlarını yad etmiş olacaqlar. Hansı ki, 22 ildi bu tarix ölkəmizdə matəm günü kimi qeyd olunur.
Xatırladaq ki, 1992-ci ilin 26 fevral tarixində ermənilər tərəfindən törədilən soyqırım zamanı 613 nəfər həmyerlimiz qətlə yetirilib.