22 fevral 2014 16:33
Rahid Əmirquliyev: Bizə qarşı ən yaxşı oyunu Qarabağ göstərib
"Xəzər Lənkəran" klubunun futbolçusu Rahid Əmirquliyev azуrisport.az saytına açıqlamasında Bakı ilə oyundan danışıb, AZAL-ı güclü rəqib kimi qiymətləndirib:
- İlk olaraq zədənlə bağlı soruşaq istərdim. AZAL ilə görüşdə iştirak edə biləcəksən?
- Zədəmin vəziyyəti həkim müayinəsindən sonra məlum olacaq. İndi Bakıya gəlirik. Paytaxtda həkim müayinəsindən sonra vəziyyət məlum olacaq. AZAL ilə oyunda iştirak etməyim sual altındadır. Ola bilər ki, həmin oyunu kənarda izləyim. İstənilən halda komandamız qələbə üçün mübarizə aparacaq.
- “Bakı” ilə oyunda məğlub olmağınızın səbəbi nədədir?
- Komanda oyuna yaxşı başlamışdı. Hətta ilk hissədə bir neçə qol vəziyyəti yaratdı. Qol şanslarını boşa verdik. Bir hücumda qapı dirəyi rəqibə kömək oldu. Biz oyunda özümüzü yaxşı tərəfdən göstərdik. Sadəcə bəxtimiz gətirmədi. Bakının cəmi 1 hücumu oldu. Həmin hücumda da qol vurdular. İkinci qol əks hücumdan vuruldu. Biz onlara münasib şərait yaratdıq.
- İstənilən halda “Bakı”nın qapısına yol tapa bilmədiniz...
- Hücumda diqqətli olmalıyıq. Unutmaq olmaz ki, hər hücumda qol vurmaq mümkün olmur. Maksimum dərəcədə şansları dəyənləndirmək lazımdır. Fasilədən sonrakı 3 görüşdə 7 xal toplamışdıq. Çox istəyirdik “Bakı” üzərində qələbə qazanaq. Lakin rəqib güclü oldu. Etiraf etmək lazımdır ki, şansları maksimum dəyərləndirdilər.
- Siz “Neftçi”yə və “Bakı”ya qarşı oynamısınız. Hansı daha yaxşı oyun sərgiləyib?
- Fikrimcə, “Xəzər Lənkəran”a qarşı ən yaxşı oyunu “Qarabağ” oynayıb. Ağdam təmsilçisi 90 dəqiqə ağıllı mübarizə apardı və yekunda 3 xal qazandı. Bu mənada, “Qarabağ”ı daha üstün sayardım. İndi çempionat həlledici məqama qədəm qoyur. Hər oyunda lider dəyişə bilər. Buna görə də maksimum güc sərf edərək qələbə qazanmaq lazımdır. “Xəzər Lənkəran”ın potensialı yüksəkdir.
- AZAL ilə oyun haqda nə deyə bilərsən?
- AZAL indi qələbə axtarışındadır. Son turda “Qəbələ”yə məğlub oldular. Həm onlar, həm biz uğur qazanmaq istəyirik. Bazar günü hər iki komanda qələbə üçün meydana çıxacaq. AZAL-ı zəif rəqib kimi dəyərləndirmək olmaz. Yoxsa onlar bizə başağrısı olacaq. Biz öz oyunumuzu qiymətləndirməliyik.
- “Xəzər Lənkəran”ın mükafatçılar sırasına düşmək şansı azalır. Çempionatda ilk üçlüyə düşməyi real sayırsan?
- Biz hər oyunda 3 xal qazansaq liderlərə yaxınlaşa bilərik. Komandalar arasında xal fərqi azdır. Buna görə indidən şanslarımızın olmadığını deyə bilmərik. Əsas hədəf avrokuboklara vəsiqə qazanmaqdır. Lənkəran azarkeşləri hər yay avrokubok həyəcanı yaşayır. Bu ildə də biz onları avrokuboklarsız qoymalı deyilik.
- Mustafa Dənizlinin gəlişindən sonra komandada nə dəyişdi?
- Qış fasiləsində komandamız yaxşı hazırlıq keçdi. Mustafa Dənizli komandanın ab-havasını tez duydu. Yeni transferlər gücümüzə güc qatdı. Onun rəhbərliyi altında futbolçular daha da həvəslə çıxış edir. Dənizli hər oyunda maksimum tələb edir və bizdən özümüzə inanmağımızı istəyir. Fikrimcə, onun gəlişi komandanın xeyrinə olacaq.