21 fevral 2014 12:40
Cihan Özkara üçün əla fürsət
“Sivasspor”un baş məşqçisi Roberto Karlos millimizin hücumçusu Cinah Özkaraya əla şans vermək fikrindədir. Azerisport.az Türkiyə KİV-ə istinadən xəbərə verir ki, Superliqanın 22-ci turu çərçivəsində “Kasımpaşa”ya qarşı keçiriləcək oyunda ÖZkara start heyətdə meydana çıxa bilər.
Roberto Karlos əsas heyətin iki futbolçusunun - Burhan Eşer və Mehtinin yoxluğunda mərkəzdə Hakan Arslanı, yarımmüdafiənin sağ cinahında isə Özkaranı yerləşdirmək fikrindədir.
Qeyd edək ki, Özkara cari mövsümdə daha çox ikinci hissədə əvəzetmədən sonra meydana atılırdı.
“Sivasspor” - “Kasımpaşa” oyunu fevralın 23-də keçiriləcək.
