21 fevral 2014 00:33
Budak 90 dəqiqə oynadı, komandası məğlub oldu
Dünən Türkiyə birinci divizionunda 25-ci turun oyunu çərçivəsində millimizin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” “Samsunspor”u qonaq edib və 0:1 hesabı ilə məğlub olub. Azerisport.az xəbər verir ki, Budak 90 dəqiqə meydanda mübarizə aparıb.
Hazırda “Qaziantep BB” 26 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
