21 fevral 2014 12:11
Yuri Syomin: Qəbələ üçün bütün oyunlar çətindir
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına açıqlamasında TPL-in 23-cü turu çərçivəsində “Rəvan”a qarşı keçiriləcək oyundan danışıb:
“Qəbələ üçün bütün oyunlar çətindir. Yaxşı ki, biz oyuna itkilərsiz hazırlaşırıq. “Rəvan” döyüşkən keyfiyyətləri olan komandadır. Onların yarış cədvəlindəki mövqeyi bizi aldatmasın”.
