21 fevral 2014 11:55
Reynaldo Simurqa qarşı oyunu buraxa bilər
“Qarabağ” TPL-in 23-cü turu çərçivəsində “Simurq”a qarşı keçirəcəyi oyuna aparıcı yarımmüdafiəçi Reynaldosuz çıxa bilər. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu zədə səbəbi ilə dünənki məşqdə iştirak etməyib.
Futbolçunun bu gün komandaya qoşulmaq ehtimalı var. Hazırda Reynaldo fərdi məşqlərlə kifayətlənir.
