21 fevral 2014 11:00
Mirbağır İsayev: Qarşımızda AÇ-nin ilkin seçmə mərhələsini adlamaq vəzifəsi var
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə İsveçrənin "Grasshopper" klubunun U-19 komandası arasında keçirilmiş yoldaşlıq oyunu ilə bağlı yığmamızın baş məşqçisi Mirbağır İsayev fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, İsayev bunları söyləyib:
“Əsas məqsədimiz təlim-məşq toplanışına dəvət alan futbolçuları çətin oyunlarda sınayıb yığma komanda üçün nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirməkdir. Qarşımızda Avropa çempionatinin ilkin seçmə mərhələsini adlamaq vəzifəsi var.
Oyunla bağlı onu deyə bilərəm ki, səhər məşqində verdiyim tapşırıqların meydanda yerinə yetirilməsindən razı qaldım. Məni sevindirən məqamlardan biri isə son saniyələrdə Səid İbadovun qol vurub oyunun qəhrəmanı olmasıdır”.
(AFFA)
