21 fevral 2014 19:33
Reynaldo sıraya döndü
“Qarabağ” hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, Premyer Liqanın XXIII turunda “Simurq”u qəbul edəcək komanda “Rəvan” la ayın 19-da baş tutan (2:0) sonuncu görüşdən sonra dərhal hazırlıqlara başlayıb.
“Qarabağ” günün yeganə çalışmasına 16:00-da çıxıb. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş çalışma 90 dəqiqə davam edib.
Hazırlıqda bütün futbolçular iştirak edib. Ötən turu zədə səbəbindən buraxan Reynaldo artıq komandayla məşq edir. Fevralın 8-də “Qəbələ” ilə oyunda sıradan çıxan Admir Teli isə fizioterapevt nəzarətində çalışır.
Xatırladaq ki, “Qarabağ” - “Simurq” oyunu fevralın 23-ü, bazar günü 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
(Klub saytı)
