21 fevral 2014 15:11
AFFA-nın baş katibi və millimizin baş məşqçi AÇ-2016-nın təsnifat mərhələsinin püşkatma mərasimində iştirak edəcəklər
Fevralın 23-də Fransanın Nitsa şəhərindəki "Akropolis" konfrans sarayında 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq. Azerisport.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts tədbirdə iştirak edəcək.
Püşkatma Bakı vaxtı ilə 15:00-da başlayacaq.
(AFFA)
