21 fevral 2014 14:44
Xəzər Lənkəran AZAL-a qarşı oyuna ilk hazırlıq məşqini keçirib
"Topaz" Premyer Liqasının XXIII turunda Bakıda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” dünəndən etibarən paytaxtda məskunlaşıb. Azerisport.az xəbər verir ki, bu gün komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında məşqə çıxıb.
1 saat 20 dəqiqə davam edən hazırlıqda zədə səbəbindən Rasim Ramaldnov və Rahid Əmirquliyev iştirak etməyib. Elnur Abdullayev isə ağrı səbəbindən yüngül qaçışla kifayətlənib. “Xəzər Lənkəran” sabah oyunun keçiriləcəyi “AZAL Arena”da oyunöncəsi son məşqinə çıxaraq matç saatını gözləyəcək.
(Klub saytı)
