21 fevral 2014 14:00
Qurban Qurbanov: Xal itkisi arzuolunmazdır
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında TPL-in 23-cü turu çərçivəsində “Simurq”a qarşı keçiriləcək oyundan danışıb:
“Dünən komandaya istirahət verdik. Ancaq bu gün məşqlərə başlayırıq. Hazırlıq üçün vaxt azdır. Hər üç gündən bir oynayırıq. Admir Teli oyunu buraxacaq. Reynaldonun da çıxışı, həmçinin, sual altındadır. O, hələ ümumi qrupda məşqlərə qoşulmayıb. Bizi asan oyun gözləmir. “Sumqayıt” üzərində böyükhesablı qələbədən sonra, rəqib oyuna yaxşı əhvalda gələcək. Xal itkisi arzuolunmazdır”.
