20 fevral 2014 11:33

Mirhüseyn Seyidov: Hakim Brüs Abdulayeni meydandan qovmalı idi

“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov azerisport.az saytına müsahibəsində TPL-in 22-ci turu çərçivəsində “İnter”ə qarşı keçirilmiş oyundan danışıb:
- Oyun haqda nə deyə bilərsiniz?
- Ötən tur “Bakı”ya məğlubiyyətdən sonra “İnter” üzərində qələbə ilə bəraət almaq istəyirdim. Ancaq gözlədiyimiz kimi, rəqib güclü oldu. Onlar ili yaxşı başladılar və yarış cədvəlindəki geriliyi kifayət qədər aradan qaldırıblar. Heç nəyə baxmayaraq, oyun yaxşı alındı.
- Nəticədən razısınız?
- Bizə son dəqiqələrdə hesabı bərabərləşdirmək müyəssər oldu. Ancaq buna baxmayaraq, qələbə qazana bilmədiyimizə görə təəssüf edirik. Bizim əzmkar qələbəni qoparmaq şansımız vardı. “İnter”lə 2:2 hesabı heç də ən pis nəticə deyil.
- Fariz Yusifov penalti təyin etdikdən sonra, siz ona tərəf qaçıb və daha nə isə tələb etməyə başladınız...
- O, Brüs Abdulayeyə əllə oyuna görə ikinci sarı vərəqəni göstərməli idi. Başa düşmürəm ki, nə üçün o, bunu etmədi.
- Sizi ikinci hissədə hesab 0:1 olarkən hücumçu Melvin Platyenin yerinə meydana buraxdılar və sizdən sonra meydana digər yerli oyunçular çıxdılar. Görünür, komandanın bu çətin günlərində məhz yerli oyunçular üzdə qala bilir.
- Mən yerli oyunluların oyununu qabartmaq istəməzdim. Bizim əcnəbilərlə yaxşı sintezimiz var. Mənə gəlincə, son vaxtlar az oynamışdım və şansımdan istifadə etmək istəyirdim. Düşünürəm ki, gələcəkdə çox oynamaq yolunda, pis alınmadı.
- Ola bilsin ki, sizdə hər şey yaxşı alındı, ancaq komanda artıq üç turdur ki, qələbə qazana bilmir. Oyun böhranı aşkardır?
- Çempionat asan deyil. Rəqiblər gücləniblər. “Xəzər Lənkəran”la oyundan sonra kadr itkilərimiz var. Heç bir böhran haqda söhbət belə gedə bilməz. İrəlidə “Sumqayıt”a qarşı oyun var. Qalib gəlmək və “Qarabağ”a qarşı ən vacib oyuna hazırlaşmaq lazımdır.
- Özünüzə gələ bilərsiniz?
- Gəlməliyik. Bu oyunda çox şeyə aydınlıq gələ bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.