20 fevral 2014 11:22
AFFA məşqçilərə aid tələblərdə dəyişiklikləri açıqladı
2015-16-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya iddiaçılarının məşqçilərinə aid tələblərdə dəyişikliklər baş verəcək. Azerisport.az xəbər verir ki, UEFA-nın klub yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş klublar AFFA tərəfindən artıq xəbərdar olunub ki, UEFA və AFFA arasında məşqçilik kursları ilə bağlı imzalanmış bəyannaməyə və “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaları”na əsasən (Maddə 37, 39 və 41) 2015-2016-cı il lisenziyalaşdırma mövsümündən etibarən məşqçilərin ixtisasları ilə bağlı tələblər artıb, aşağıdakı cədvələ uyğun olaraq qiymətləndiriləcək:
|
Vəzifə
|
2014-15-ci il lisenziyalaşdırma mövsümü (Cari mövsüm)
|
2015-16-cı il lisenziyalaşdırma mövsümü (Növbəti mövsüm)
|
|
Əsas komandanın
baş məşqçisi (maddə 37) |
UEFA “A” Diplomu
|
UEFA “Pro” Diplomu
|
|
Əsas komandanın
baş məşqçisinin köməkçisi (maddə 41) |
UEFA “B” Diplomu
|
UEFA “A” Diplomu
|
|
Gənclərin inkişafı proqramının rəhbəri (maddə 38)
|
UEFA “B” Diplomu
|
UEFA “A” Diplomu
|
|
Gənclər komandalarının məşqçiləri (maddə 39)
|
Bütün məşqçilər
UEFA “B” Diplomu |
Ən azı 1 məşqçi UEFA “A” Diplomu, qalan məşqçilər UEFA “B” Diplomu
|
Qeyd: Müvafiq mövsümdə tələb olunan kateqoriyalı məşqçi kursunda təhsilini davam etdirməkdə olan məşqçilərin fəaliyyətində məhdudiyyət olmayacaq.
(AFFA)
