20 fevral 2014 11:05
Moldova - Azərbaycan oyununun keçiriləcəyi vaxt məlum oldu
Xəbər verdiyimiz kimi, martın 5-də, Tiraspol şəhərində 21 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığma komandaları yoldaşlıq oyununda qarşılaşacaq. Azerisport.az xəbər verir ki, artıq oyunun başlanma vaxtı və keçiriləcəyi stadion müəyyənləşib.
Moldova - Azərbaycan yoldaşlıq görüşü ”Sheriff Indoor Sports Hall” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 17:00-da başlayacaq.
(AFFA)
