20 fevral 2014 18:22
Rəvan Qəbələyə qarşı oyuna cani-dildən hazırlaşıb
Topaz Premyer Liqasının 23-ci turunda səfərdə "Qəbələ” ilə qarşılaşacaq "Rəvan” bu oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, çərşənbə günü "Qarabağ”la qarşılaşan komanda bazar günü yenidən meydana çıxacağından istirahət etmədən məşqləri davam etdirib.
"Bayıl Arena”da baş məqşçi Güvənc Kurtarın rəhbərliyi altında keçirilən hazırlıqda "Qarabağ”la görüşdə start heyətində meydana çıxanlar yüngül məşqlə kifayətlənib. Komandanın digər üzvləri isə tam qrupda məşq edib.
Qeyd edək ki, "Qəbələ” - "Rəvan” oyunu fevralın 23-ü 13:00-da başlayacaq və görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
(Klub saytı)
