20 fevral 2014 17:33
Vladimir Levin: AZAL məğlubiyyətə layiq deyildi
“Qəbələ”nin kapitanı Vladimir Levin azerisport.az saytına açıqlamasında TPL-in 22-ci turu çərçivəsində AZAL-a qarşı keçirilmiş oyun (2:1) haqda danışıb:
“Bu oyun ilk növbədə, ardıcıl iki məğlubiyyətdən sonra ayaq üstə qalxmaq baxımından vacib idi. Düşünürəm ki, bu, bizə müyəssər oldu. Deməzdim ki, biz qələbəyə layiq idik. AZAL məğlubiyyətə layiq deyildi. Həqiqətəm, onlar yaxşı görünürdülər. Biz nəticəyə oynayırdıq. Qoy ifadəsiz oyunla da olsa, ancaq biz buna nail olduq. Bu, əsasdır. Komandanın bu oyuna qədər iki oyunda məğlubiyyətdən sonra psixoloji problemləri vardı. İndi artıq hər şey yaxşıdır və təbii ki, vəziyyəti düzəltmək lazımdır”.
