20 fevral 2014 16:44
Xəzər Lənkəran Bakıya gəlir, Rahid Əmirquliyev həkim nəzarətində
"Xəzər-Lənkəran" bu gün Bakıya yola düşür. Azerisport.az xəbər verir ki, Mustafa Dənizlinin komandası axşam saatlarında Bakıda olacaq.
Komanda sabahdan məşqləri bərpa edəcək. Heyətdə yalnız Rahid Əmirquliyevin AZAl ilə görüşdə oynayacağı sual altındadır. Bu gün futbolçu həkim müayinəsindən keçəcək və bundan sonra onun meydana çıxıb-çıxmayacağı məlum olacaq.
