20 fevral 2014 15:44

Daniel Subotiç: Komandaları turnir cədvəlindəki mövqeyinə görə dəyərləndirmək düzgün deyil

AZAL - “Qəbələ” matçında "qırmızı-qaralar"ın ilk qoluna imza atan Daniel Subotiç klub tarixində yeni rekord müəyyənləşdirdi. Serb hücumçu mövsümdə 10-cu qolunu vurmaqla Premyer Liqada “Qəbələ”nin bir çempionatda ən çox fərqlənən futbolçusu oldu.
Bunadək rekord 9 qola bərabər idi. 2010/11 mövsümündə Deon Barton, növbəti çempionatda isə Yannik Kamanan və Dodo yarışı 9 qolla tamamlamışdı. Bu 3 futbolçunun rekordunu ötən tur təkrarlayan Daniel artıq mütləq rekordçu adına yiyələndi. O, hazırda 10 qolla çempionatın bombardirlər siyahısına da başçılıq edir. 
Matçın ardından fikirlərini gabalafc.az saytına bölüşən hücumçu qarşılaşmanın çətin keçdiyini, amma komandasının xarakter göstərərək qalib gəldiyini bildirdi. Azerisport.az Subotiçin fikirlərini diqqətinizə çatdırır:
"Çempionatda ilk oyunumu da AZAL-a qarşı keçirmişdim. Sözügedən komandaya qarşı oynamaq çətindir.  Müdafiədə diqqətlidirlər. Hər iki oyun mənim üçün ağır keçdi. Xoşbəxtlikdən ilk matçda olduğu kimi bu qarşılaşmada da fərqlənə bildim və biz eyni hesablı əzmkar qələbə qazandıq. Komandamız görüşdə xarakter göstərdi, məğlub durumdan qalib gəlməyi bacardıq. Önəmli olan 3 xalı qazanmaq idi ki, bunun da öhdəsindən gəldik". 
Bombardirlər siyahısında ilk sıraya yerləşməsinə münasibət bildirən Subotiç qarşıdakı turlarda qollarının sayını artıracağına inandığını söylədi:
"Hücumçu kimi mənim vəzifəm qol vurmaqdı. Meydançaya da buna görə çıxıram. Çempionata uyğunlaşdıqdan sonra qollarımı sıralayacağımı bilirdim. Təbii ki, qolları təkcə mənim ayağıma yazmaq düzgün deyil. Hər bir qolun vurulmasında mənim qədər ətrafımdakı futbolçular da əziyyət çəkirlər. Buna görə də komanda yoldaşlarıma minnətdaram. Hazırda hesabımda 10 qol var və bu sayı artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Turdan tura qolların sayını artıracağıma inanıram".
Subotiç son iki ev məğlubiyyəti və növbəti turda baş tutacaq "Qəbələ"-"Rəvan" matçı barədə də fikirlərini açıqladı:
"Qarabağ" və "Xəzər Lənkəran"la oyunlarda bir sıra fərdi səhvlərə yol verdik. "Xəzər Lənkəran"la matçda yaxşı təsir bağışlasaq da, qələbəni qoruya bilmədik. Üçüncü qolu vurmaq şansımız oldu, amma bu imkandan yararlana bilmədik. Bizim üçün bəxtsiz gün idi. Qarşıda bizi "Rəvan"la görüş gözləyir. Çempionatdakı hər oyun çətindir. Komandaları turnir cədvəlindəki mövqeyinə görə dəyərləndirmək düzgün deyil. Fərqi yoxdur rəqib "Qarabağ"dır, yoxsa "Rəvan". Bütün oyunlara ciddi yanaşırıq. İnanıram ki, qarşılaşmaya yüksək səviyyədə hazırlaşıb hədəflədiyimiz 3 xala sahib olacağıq".
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.