20 fevral 2014 00:41
Subaşiç oynadı, Yunisoğlu 18-liyə düşmədi
Futbol üzrə Türkiyə PTT 1-ci liqasında 26-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, həmyerlilərimizin şərəfini qoruduğu "Orduspor" və "Dənizlispor" da növbəti matçını keçirib.
Branimir Subaşiçin formasını geyindiyi "Orduspor" qələbə qazanıb. "İstanbul BB" klubunun qonağı olan Ordu təmsilçisi meydanı minimal hesablı qələbə ilə tərk edib. Həmyerlimiz Subaşiç 83 dəqiqə meydanda olub. Komandasının qolu da məhz Subaşiç çıxandan sonra vurulub. Onu əvəzləyən Ufukhan Bayraktar 84-cü dəqiqədə rəqib qapısına yol tapıb.
Saşa Yunisoğlunun şərəfini qoruduğu "Dənizlispor" da bu turu qələbə ilə başa vurub. Lakin Subaşiçdən fərqli olaraq, Yunisoğlu 18-liyə düşə bilməyib. Buna baxmayaraq Dənizli təmsilçisi doğma azarkeşlər önündə "Şanlıurfaspor" üzərində 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Orduspor" 24 oyundan 49 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Ordu təmsilçisini turnir cədvəlinin lideri "Ankaraspor"dan 4 xal ayırır. "Dənizlispor" isə 25 oyuna 25 xal toplayaraq 16-cı pillədə yerləşib.