20 fevral 2014 01:37
Bavariya və Atletiko da ilk oyundan qalib ayrıldı
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin növbəti oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ötən gecə 2 qarşılaşma baş tutub.
"Arsenal" doğma azarkeşlər önündə Münhen "Bavariya"sı ilə üz-üzə gəlib. Matçın ilk hissəsində komandalar hərəyə 1 dəfə penalti qazanıblar. Ancaq əvvəlsə Məsut Özil, daha sonra Alaba "lotereya"nı qola çevirə bilməyib. İkinci hissədə daha inamlı oyun nümayiş etdirən münhenlilər qələbə qazanaraq, cavab qarşılaşması üçün yaxşı nəticə əldə ediblər.
Digər oyun isə İtalyada baş tutub. "Milan" öz meydanında Madrid" Atletiko"sunu qəbul edib. İspaniya çempionatında çempionluğa oynayan madridlilər matçda minimal hesablı qələbə qazanıblar.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
18 fevral (çərşənbə axşamı)
Arsenal (İngiltərə) - Bavariya (Almaniya) - 0:2
Qollar: Kross, 54, Muller, 88.
Milan (İtaliya) - Atletiko (İspaniya) - 0:1
Qol: Dieqo Kosta, 83.