20 fevral 2014 14:11
Ruslan Qurbanov: Ən azı Melvin Platyedən pis oynamaya bilərəm
“Neftçi”nin hücumçusu Ruslan Qurbanov TPL-in 22-ci turu çərçivəsində keçirilmiş “Nefçti” - “İnter” oyununda (2:2) öz oyunu barədə fikirlərini azerisport.az saytına açıqlayıb:
“İlk növbədə, mənə şans verən Böyükağa Hacıyevə minnətdarlıq etmək istəyirəm. Mən gələcəkdə də meydana çıxıb oynamağa layiq olduğumu sübut etmək və komandaya kömək etmək istəyirəm. Nə vaxt start heyətində meydana çıxacağam? Deyə bilmərəm. Bunu məşqçi həll edir, yaxşısını o görür və bilir. Mən özüm hesab edirəm ki, artıq bunun üçün yetişmişəm. “Neftçi”nin ehtiyat skamyasında oturmağın xoş olduğu yaş dövründən artıq çıxmışam. İndi daha çox oynamaq istəyirəm. Mövsümün ilk yarısında “Sumqayıt”da çıxış edərkən, mən kifayət qədər təcrübə toplamışam. Ən azı Melvin Platyedən pis oynamaya bilərəm”.
