20 fevral 2014 13:55
Biz sənə inanırıq, Yuri Syomin
“Qəbələ”nin azarkeşləri komandanın baş məşqçisi Yuri Syominə münasibətlərini bildirmək qərarına gəliblər. Azerisport.az xəbər verir ki, TPL-in 22-ci turu çərçivəsində AZAL-a qarşı keçirilmiş oyunda “radarlar”ın azarkeşləri stadiona plakat gətirib və tribunadan asıblar.
Plakatda “Biz sənə inanırıq, Yuri Syomin!” sözləri əksini tapıb.
Xatırladaq ki, ötən oyundan sonra bəzi KİV-də azrkeşlərin Syominin istefasını tələb etməsi və rusiyalı mütəxəssislə xoşagəlməz söhbət aparması ilə bağlı məlumat yayılmışdı.
