20 fevral 2014 13:33

Əmrah Çelikəl: Kimsə Qarabağda ab-havanı korlamaqda maraqlıdır

“Qarabağ”ın idman direktoru Əmrah Çelikəl azerisport.az saytına müsahibəsində komandasının çempionluq təqibindən, ağdamlıların rəhbərliyi ətrafında söz-söhbətlərdən danışıb:
- “Qarabağ”ın yaxın təqibçisi ilə xal fərqi elə də  pis deyil. Komandanın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?
- Dörd xal yaxşı fərqdir. Ancaq fərq elə də böyük deyil. Bu, bizə arxayınlıq gətirə bilməz. Qarşıda hələ 14 tur var və əsası son oyun gününə  belə xal ehtiyatı əldə etməkdir. “Qəbələ”, “Bakı”, “Neftçi” asan təslim olmayacaq.
- Həmin rəqiblər bir o qədər də sabit çıxış etmir.
- Ola bilər ki, bu belədir. Ancaq bu, bizi narahat etməməlidir. Biz özümüz öz xallarımızı toplamalıyıq. İddialara gəlincə, biz hər mövsümdə qarşımızda ən yüksək məqsədlər qoyuruq. Mən hesab etmirəm ki, biz çempionluğa bu qədər yaxınıq. Üç-dörd tur sonra harada olacağımız hələ məlum deyil. Hələ 14 turu demirəm. Əsas odur ki, biz çempion olmaq şanslarını saxlayırıq və bundan istifadə etmək lazımdır.
- TPL-in 22-ci turu ərəfəsində yerli KİV-də klubun hazırkı rəhbərliyini dəyişiləcəyi ilə bağlı məlumat yayıldı. Bu barədə nə deyə bilərsiniz?
- Bəziləri hərə çox irəli gedərək yazıblar ki, rəhbərlik artıq dəyişib (gülümsəyir). Bütün bunlar, əlbəttə ki, həqiqət deyil. Azersun Holding gələcəkdə də həmişə klubun hamisi olaraq qalacaq.
- Bu məlumat komandanın məhz liderliyini möhkəmləndirdiyi zaman yayıldı. Görən, nə üçün?
- Mənim özümə də maraqlıdır. Yəqin ki, bunda kiminsə marağı var. Kiməsə klubda ab-havanı korlamaq sərfəlidir. Biz buna alışmışıq və özünüz gördüyünüz kimi, belə şeylər bizə mane olmur. Bu mövsüm biz öz istəyimizə çatacağıq.
- Komandanın çempion olacağı təqdirdə onu nə gözlədiyini başa düşürsünüz? Axı gözlənilənlər Avropa Liqasında iki-üç mərhələdən daha çox olacaq. Təbii ki, tənqid daha ciddi olacaq və klubun hər bir züvü təzyiqi hiss edəcək. Klub bütün bunlara hazırdır?
- Klubumuzun öz siması var. Avrokuboklarda kifayət qədər təcrübəmiz var. Biz çoxdan hazırıq və Çempionlar Liqasında oynamaq istəyirik. Təzyiqi həmişə hiss etmişik. Bunu həmişə öz nəticələrimizlə doğrultmuşuq. Başa düşürük ki, çempionluqdan sonra daha çətin olacaq. Bizdən daha çox şey gözləyəcəklər. Çempionatı qazanıb ardını gözləyəcəyik. Görək hər şey necə olur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.