20 fevral 2014 12:33
Abışov Betisə qarşı oyuna hazırdı
“Rubin” Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində İspaniyanın “Real Betis” komandasına qarşı keçirəcəyi ilk oyuna hazırlığını başa vurub. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komandanın dünənki açıq məşqində millimizin müdafiəçisi Ruslan Abışov da iştirak edib.
Xatırladaq ki, “Real Beris” - “Rubin” oyunu bu gün “Benito Vilyamarin” stadionunda keçiriləcək.
