19 fevral 2014 12:44
Böyük adlar millimizin rəqiblərini müəyyən edəcəklər
Bu həftənin bazar günü Fransanın Nis şəhərində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, millimiz beşinci səbətdə yer alıb.
Mərasim Bakı vaxtı ilə 15:00-da başlayacaq. Tədbiri UEFA-nın baş katibi Canni İnfantino, keçmiş futbolçular Ruud Qullit, Biksant Lizarazyu, Avropa çempionları İvo Viktor, Andres Köpke, Antonis Nikopolidis, Dino Zoff, Peter Şmeyhel və b. keçirəcəklər.
