19 fevral 2014 00:12
Topaz Premyer Liqasında 22-ci tur həyacanı
Bu gün Topaz Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar təqvimdə dəyişikliklər edildiyindən, qarşılaşmalar həftəsonu yox, çərşənbə günü baş tutacaq.
Bir gündə keçiriləcək turda “İnter” - “Neftçi” paytaxt derbisi və “Xəzər Lənkəran”la “Bakı” arasında maraqlı qarşılaşmalarla əlamətdar olacaq.
Turun açılış matçında AZAL doğma meydanda “Qəbələ” ilə üz-üzə gələcək. 17-ci dəfə üz-üzə gələcək rəqiblərin duellərində AZAL üstünlüyə malikdi. Bu komanda əvvəlki görüşlərin 7-də qələbə qazanıb. 5 qarşılaşma sülhlə bitdiyi halda, 4 oyunda da "Qəbələ" 3 xala sevinən tərəf olub. Lakin cari mövsüm bakılılar rəqibindən xal ala bilməyib. Çünki Yuri Syominin komandası ilk iki dövrədəki hər iki oyunda (2:1, 1:0) qələbə qazanıb. Yeri gəlmişkən, “Qəbələ” son 4 səfər matçında qapısından qol buraxıb. Bütövlükdə isə, komandalar arasındakı oyunlarda 38 qol vurulub ki, onlardan 26-sı AZAL-ın, 12-si "Qəbələ"nin aktivindədi. Son oyunlarda ardıcıl uğursuzluqla üzləşən bölgə təmsilçisi Bakıya böyük ümidlərlə gəlir. Amma AZAL həm son uğursuzluqları, həm də "Qəbələ"yə məğlubiyyətləri unutdurmaq üçün xal və xallar qazanmağa borcludu. Bu üzdən Syominin yetirmələri Vaqif Sadıqovun komandası ilə görüşdə də xal itkisi ilə üzləşsə, çempionluq yolunda daha bir zərbə almış olacaq.
"Qəbələ" kimi, son oyunlarda uğursuzluqla üzləşən “Neftçi”ni də bu tur çətin rəqib gözləyir. Böyükağa Hacıyevin komandası bu dəfə paytaxtın digər təmsilçisi “İnter”lə derbi matçına çıxacaq. Son turda "Bakı"ya uduzan "ağ-qaralar"ı bu dəfə də çətin sınaq gözləyir. Çünki "bankirlər" də qış fasiləsindən sonra ardıcıl qələbələr qazanmaqdadı. “Neftçi” “İnter” üzərində 20-ci qələbənin astanasında olduğu duellərdə böyük üstünlüyə malikdi. 19 oyunda qalib gələn flaqman 11 heç-heçə müqabilində cəmi 7 dəfə "bankirlər"ə məğlub olub. Son 8 qarşılaşmada yalnız 1 dəfə uduzan “ağ-qaralar” 9 matçdı meydanı qolsuz tərk etmir. Topların fərqində də üstünlük "Neftçi"yə məxsusdu - 57:32. İlk iki dövrədəki oyunlara gəlincə, komandaların hər ikisi öz meydanında eyni hesabla (3:1) üstün olmuşdu.
Qış fasiləsindən sonra məğlubiyyətləri sıralayan, xala həsrət qalan “Simurq” bu dəfə “Sumqayıt”ı qəbul edəcək. 2014-cü ildə qələbə qazana bilməyən “Simurq” özü üçün münasib rəqiblə qarşılaşacaq. Belə ki, əvvəlki 8 oyunun hamısında rəqibini məğlub edən zaqatalalılar “Sumqayıt”a 1 xal belə verməyib. Elə topların fərqində də Zaqatala klubu öndədi - 12:3. "Simurq" ilk iki dövrədəki oyunlarda bu rəqibinə müvafiq olaraq 3:1 və 1:0 hesablarıyla qalib gəlib. Autsayderlə qarşılaşmada Georgi Çixradzenin komandasının sensasiyaya imkan verməcəyi və uğursuz gedişata son qoyması gözlənilir. Amma son iki oyununda ardıcıl xallar qazanan "Sumqayıt"dan sürpriz gözləməyə də dəyər.
Turun daha bir maraqlı görüşü Lənkəranda keçiriləcək. Burada yerli “Xəzər Lənkəran” “Bakı” ilə üz-üzə gələcək. Bakılılar “Xəzər Lənkəran”la əvvəlki 26 qarşılaşmada cüzi üstünlüyə malikdi. "Bakı" 8 dəfə məğlub etdiyi bu komandaya 7 dəfə uduzub. Daha 11 qarşılaşmada isə qalib müəyyənləşməyib. Paytaxt təmsilçisi həm də son 6 matçda rəqib qapısına qol vurmadan meydanı tərk etməyib. Top fərqində isə cənubluların cüzi üstünlüyü diqqət çəkir - 26:25. Cari mövsümün ilk dövrəsində "Xəzər Lənkəran" "Bakı"ya 2:1 hesabıyla qalib gəlmişdisə, səfərdə darmadağınla üzləşmişdi - 0:3. Mustafa Dənizlinin gəlişindən sonra məğlubiyyət tanımayan "ağ-yaşıllar" üçün "Bakı" ilə qarşılaşma asan olmayacaq. Çünki "zolaqlılar" da qış fasiləsindən sonra çox uğurlu qrafik cızmaqdadılar. Bu üzdən Lənkərandakı görüşün kifayət qədər gərgin keçəcəyini demək olar.
Nəhayət, turun qapanış matçında lider "Qarabağ" səfərdə “Rəvan”la üz-üzə gələcək. Çempionatın lideri indiyədək heç vaxt uduzmadığı “Rəvan”la qarşılaşmada uğurlu seriyasını davam etdirməyə çalışacaq. "Aslanlar" bu rəqibindən 4 dəfə xal alsa da, 2 dəfə məğlub olub. Cari mövsüm rəqibinə qalib gələ bilməyən “Qarabağ” son iki ev oyununda da bakılıları məğlub edə bilməyib. Top fərqində də Ağdam təmsilçisi öndədi - 7:4.
Topaz Premyer Liqası
22-ci tur
19 fevral (çərşənbə)
15:00. AZAL – Qəbələ
Bakı. AZAL Arena.
16:00. Neftçi – İnter
Bakı. Bakcell Arena.
16:00. Simurq – Sumqayıt
Zaqatala şəhər stadionu.
17:00. Xəzər Lənkəran – Bakı
Lənkəran şəhər mərkəzi stadionu.
17:00. Rəvan – Qarabağ
Bakı. Bayıl Arena.
Bombardirlər:
10 - Vaqif Cavadov (İnter)
9 - Daniel Subotiç (Qəbələ)
8 - Reynaldo (Qarabağ), Etame Mbilla (Xəzər Lənkəran)
7 - Mindauqas Kalonas (Bakı), Leonardo da Silva (Qəbələ), Rauf Əliyev (Bakı).

| 1 | Qarabağ | 21 | 12 | 6 | 3 | 34 | 13 | +21 | 42 |
| 2 | Neftçi | 21 | 11 | 5 | 5 | 32 | 23 | +9 | 38 |
| 3 | Qəbələ | 21 | 12 | 2 | 7 | 32 | 20 | +12 | 38 |
| 4 | İnter | 21 | 11 | 3 | 7 | 32 | 23 | +9 | 36 |
| 5 | Bakı | 21 | 11 | 3 | 7 | 37 | 22 | +15 | 36 |
| 6 | XL | 21 | 7 | 8 | 6 | 22 | 28 | –6 | 29 |
| 7 | Simurq | 21 | 6 | 7 | 8 | 19 | 19 | 0 | 25 |
| 8 | AZAL | 21 | 6 | 7 | 8 | 21 | 29 | –8 | 25 |
| 9 | Rəvan | 21 | 1 | 7 | 13 | 12 | 40 | –28 | 10 |
| 10 | Sumqayıt | 21 | 1 | 6 | 14 | 14 | 38 | –24 | 9 |