19 fevral 2014 12:13
Abışov Sevilyada
Milimizin və “Rubin”in müdafiəçisi Ruslan Abışov bu gün komandasının “Benito Vilyamarin” stadionunda keçiriləcək açıq məşqinə çıxacaq. Azerisport.az klub saytına istinadən xəbər verir ki, məşqin məqsədi Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Real Betis”ə qarşı keçiriləcək oyuna hazırlıqdır.
Qeyd edək ki, fevralın 16-da başlamış əvvəlki məşqlərdə “Rubin” Sevilyanın Olimpiya stadionunda hazırlaşırdı. Komanda fevralın 20-də oyunun keçiriləcəyi stadionda ilk məşqini isə bu gün keçirəcək.
