19 fevral 2014 20:40
İngiltərə Premyer Liqası Kubokunun Bakı səfəri
Bakcell şirkəti ilə "Mançester Yunayted" klubunun rəsmi tərəfdaşlığı çərçivəsində İngiltərənin Barclays Premyer Liqası kuboku bu gündən etibarən Bakıda nümayiş olunmağa başlayıb. Azerisport.az xəbər verir ki, bu gün AFFA-nın inzibati binasında assosiasiyanın əməkdaşları, qızlardan ibarət Azərbaycan yığmasının üzvləri, "Bakcell U-14 Elit Kuboku" turnirində ilk üç pilləni tutmuş "Neftçi", "İnter" və "Bakı" komandaları kubokla xatirə şəkli çəkdiriblər.
Bakı səfəri çərçivəsində Barclays Premyer Liqası Bakı Dövlət Universiteti, 28 May metro stansiyası, Malakan bağı, 28 Mall və “Bakcell Arena”da nümayiş olunacaq.
Kubokla görüşə gələn və Barclays Kuboku ilə Bakıda sosial şəbəkələrdə şəkillərini paylaşan bütün futbolsevərlər müxtəlif hədiyyələr qazanmaq şansı əldə edəcəklər.
