19 fevral 2014 20:33
Mustafa Dənizli: Adətən qollar buraxılmış səhvlərdən vurulur
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli TPL-in 22-ci turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Bakı” oyunu (0:2) ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Azərbaycanda ilk məğlubiyyətimi aldım. Demirəm ki, yaxşı oynadıq, səhvlərimiz çox oldu. Adətən qollar buraxılan səhvdən vurulur. Qapımızdan bir qol buraxdıqdan sonra hesabı bərabərləşdirmək üçün irəli atıldıq, lakin qapımızdan ikinci qolu buraxdıq. Məğlubiyyətin olacağını bilirdik, bu tura təsadüf etdi. “Bakı”da bizim kimi oyuna hücumlarla başladı. Biz məğlub olduq, “Bakı”ya qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
(PFL)
