19 fevral 2014 20:11
Qurban Qurbanov: Oyun üslubumuzu davam etdirdik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov TPL-in 22-ci turu çərçivəsində keçirilmiş “Rəvan” - “Qarabağ” oyunu (0:2) ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Qurbanov bunları söyləyib:
“Əla oyun alındı. İlk hissədə oynamaq çətin idi, buna baxmayaraq öz oyun üslubumuzu davam etdirdik və 3 xalı qazandıq. “Rəvan” hər bir komanda üçün çətin rəqibdir”.
(PFL)
