19 fevral 2014 18:55
Böyükağa Hacıyev: Biz heç nəyə baxmayaraq, çempion olacağıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev TPL-in 22-ci turu çərçivəsində keçirilmiş “Neftçi” - “İnter” oyunu (2:2) ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“İnter”in baş məşqçisi Sxadadzeyə elə gəlir ki, onlar iki xal itiriblər və ona görə də o, belə danışa bilər. Mən isə düşünürəm ki, bu gün rəqib bir xal qazandı. Müdafiədə oyunumuz xoşuma gəlmədi. Mehdiyev, Qurbanov və Seyidov isə xoşuma gəldilər. Əgər hakim penalti veribsə, Abdulayeni qovmalı idi. Biz liderlərdən geri qalırıq və heyətimizdə itkilər var. Ancaq biz heç nəyə baxmayaraq, çempion olacağıq”.
