19 fevral 2014 17:44
Vaqif Sadıqov: Qələbəyə layiq idik
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov TPL-in 22-ci turu çərçivəsində keçirilmiş AZAL - “Qəbələ” oyunu (2:1) ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Sadıqov bunları söyləyib:
“Bu oyun bir daha göstərdi ki, biz düz yoldayıq, AZAL ən yaxşı oyunlarından birini keçirdi. Ağır oyun oldu, qələbəyə layiq idik, heyf ki, qol vurduqdan sonra nəticəni saxlaya bilmirik. Bu futbolçuların ustalıq səviyyəsindən irəli gəlir. Qol imkanları yaradırıq, amma qol vurmağa çətinlik çəkirik. Rəqib futbolçuların üstünlüklərini bilə-bilə onların qarşısını ala bilmədik. Bu gün “Qəbələ”dən qat-qat üstün oynadıq”.
(PFL)
