19 fevral 2014 17:40
Yuri Syomin: Oyunun keyfiyyəti ürəyimcə olmadı
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin TPL-in 22-ci turu çərçivəsində keçirilmiş AZAL - “Qəbələ” oyunu (2:1) ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“İlk dəfədir ki, burada qalib gəlirik. Nəticə çox yaxşıdır, futbolçular oyuna ciddi yanaşdılar. Oyunun keyfiyyəti ürəyimcə olmadı, daha yaxşı oynaya bilərdik. Bundan öncəki oyunu daha yaxşı oynamışdıq, lakin nəticə hər şeydən önəmlidir. Müdafiədə yaxşı oynadıq, AZAL-a qol imkanı vermədik. Səfərdə oynadığımız üçün özümüz də çox qol imkanı yaratmadıq. Rafael və Kamran bu gün çox yaxşı oynadılar, etimadı doğrultdular, Biz onlara etibar edirik, hər səhvə görə futbolçunu ehtiyata göndərmək olmaz. Meydanda ürəksiz oynayan, can qoymayan futbolçunu əsas heyətdən kənarlaşadıra bilərəm. Hər kəs səhv edə bilər”.
(PFL)
