19 fevral 2014 17:22
Xəzər Lənkəranın və Standartın sabiq hücumçusu yeni iş yeri tapıb
Azərbaycanın “Standart” klubunun sabiq hücumçusu Osmar Siqeyra özünə yeni iş yeri tapıb. Azerisport.az xəbər verir ki, futbolçu Braziliyanın A-3 Seriyasında çıxış edən “Noroeste” klubunda çıxış edəcək.
Xatırladaq ki, Siqeyra həmçinin, “Xəzər Lənkəran”ın oyunçusu olub. O, “gəmiqayıranlar”ın heyətində bir rəsmi oyun belə keçirməyib. Futbolçu “Masallı”, Braziliyanın “Amerika” və “Rio Qrande” klublarında da vaxt keçirməyə macal tapıb.
(Braziliya KİV-i)
