19 fevral 2014 15:44
Elxan Məmmədov Mançester Yunaytedin rəsmisi ilə görüşdü
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Bakcell şirkətinin dəvəti ilə Bakıda səfərdə olan İngiltərənin "Mançester Yunayted" klubunun İctimaiyyətlə Əlaqələr üzrə direktor müavini Anthony Banerjee ilə görüşüb. Azerisport.az xəbər verir ki, görüşdə Bakcell şirkəti və AFFA arasında mövcud olan əməkdaşlıq müqaviləsi nəzərə alınaraq, Bakıda "Mançester Yunayted"in futbol məktəbinin açılması müzakirə olunub.
(AFFA)
