19 fevral 2014 14:55
Şotlandiya yığmasının sabiq futbolçusu millimizi rəqib görmək istəyir
Futbol üzrə Şotlandiya yığmasının sabiq futbolçusu Kevin Qallaher AÇ-2016-nın təsnifat mərhələsi haqda danışarkən, yığması üçün rəqib qismində ən yaxşı variant kimi millimizin adını çəkib. Azerisport.az xəbər verir ki, Qallaherin fikrincə, Şotlandiya yığması üçün ən yaxşı variant Bosniya Herseqovina, Macarıstan, İsrail, Azərbaycan və Cəbəllütariq yığmaları ilə bir qrupda yer almaqdır.
(Britaniya KİV-i)
Xatırladaq ki, yığmamız 5-ci səbətdə İslandiya, Şimali İrlandiya, Albaniya, Litva, Moldova, Makedoniya, Gürcüstan və Kiprlə birgə yer alıb. Təsnifat mərhələsinin püşkatma mərasimi fevralın 23-də Fransanın Nİs şəhərində keçiriləcək.
