19 fevral 2014 14:33
Hüseyn Məhəmmədov: Mənim iddialarım Neftçinin uşaq komandası ilə məhdudlaşmır
“Neftçi”nin və millimizin sabiq qapıçısı Hüseyn Məhəmmədov azerisport.az saytına açıqlamasında paytaxt klubunda uşaq komandaları ilə işi haqda gələcək taleyinə aydınlıq gətirib:
“Mən “Neftçi” çox şeyə nail olmuşam və yenidən bura qayıtmağıma şadam. Klub prezidenti Sadıq Sadıqova etibarına görə minnətdaram ki, mənə uşaq komandaları ilə işləmək şansı verdi. Mənə olan etimadı doğrultmağa ümid edirəm. Niyə də gələcəkdə əsas komanda ilə cəhd etməyim? Mənim iddialarım “Neftçi”nin uşaq komandası ilə məhdudlaşmır. Həmçinin yığmada da özümü sınamaq istərdim. Qapıçı olanda az təcrübə yığmamışam. İndi məşqçi qimində bunu həyata keçirməyə hazıram”.
