19 fevral 2014 01:33
Barselona və PSJ ilk oyunda qalib gəldi
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, ötən gecə 2 qarşılaşma baş tutub.
"Bayer" doğma azarkeşlər önündə PSJ-ni sınağa çəkib. Bu qarşılaşmanın favoriti kimi Paris təmsilçiləri göstərilirdi. Lakin almanların bu mərhələyə gəlmələri onların heç də asan rəqib olmadığını göstərirdi. Fransa təmsilçisi elə ilk oyundaca səfərdə darmadağına imza atmaqla almanların növbəti mərhələyə çıxmaq arzusunun üstündən xətt çəkib.
Digər bir oyun isə Mançesterdə baş tutub. "Mançester Siti" öz meydanında "Barselona"nı qəbul edib. Cari mövsümdə uğurlu çıxış edən Manuel Pelleqrinin yetirmələri səfərə qələbə ilə yollanmaq niyyətindəydi. Amma İngiltərə təmsilçisi bu istəyinə nail ola bilməyib. Kataloniyalılar səfərdə inamlı qələbə qazanmaqla növbəti mərhələyə çıxmaq yönündə önəmli addım atıblar.
Çempionlar Liqası
1/8 final (ilk oyunlar)
18 fevral (çərşənbə axşamı)
Mançester Siti (İngiltərə) - Barselona (İspaniya) - 0:2
Qollar: Messi, 54-pen, D.Alveş, 90.
Bayer (Leverkuzen, Almaniya) – PSJ (Fransa) - 0:4
Qollar: Matuidi, 3, İbrahimoviç, 39; 42, Kabaye, 88.