18 fevral 2014 00:33
Georgi Nikolov: İnanıram ki, Madriqal İnterə fayda verəcək
“İnter”in prezidenti Georgi Nikolov azerisport.az saytına açıqlamasında komandasının TPL-in 21-ci turu çərçivəsində səfərdə “Simurq” üzərində qələbəsində (1:0) debüt oyununda qol vurmaqla, müstəsna xidmət göstərmiş kostarikalı yarımmüdafiəçi Dieqo Madriqal haqda fikirlərini bildirib:
“Madriqal topa ilk toxunuşunda qol vurmaqla, son oyunda komandaya qələbə gətirdi. Onun komandaya tez uyğunlaşması məni ancaq sevindirə bilər. İnanıram ki, o, “İnter”ə fayda verəcək.
