18 fevral 2014 00:05
Özkara bir dəqiqə oynadı
Dünən Türkiyədə Superliqanın 21-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Eskişehirspor”la qarşılaşıb və 2:2 hesablı heç-heçə oynayıb.
Komandanın baş məşqçisi Roberto Karlos yüngül zədəsi olan Özkaranı 90-cı dəqiqədə meydana buraxıb.
Hazırda “Sivaspor” 36 xalla yarış cədvəlində 4-cü pillədə qərarlaşıb.
