18 fevral 2014 11:33
Böyükağa Hacıyev İnter haqda danışdı
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında Topaz Premyer Liqasında "İnter" qarşı keçiriləcək oyundan danışıb:
"Əvvəlki oyunla müqayisədə bu dəfə itkilərimiz azdır. Erik Ramos və Tərlan Quliyevin xidmətindən istifadə edə biləcəyik. “Neftçi”ni gözəl tanıyıram. Bu komanda lazım olan anda toparlanmağı bacarır. “İnter”lə görüşdə toparlanaraq qələbə qazanmalıyıq. Başqa nəticə barədə düşünmürük. Hazırkı məqamda 3 xal bizə çox vacibdir. Rəqibin son görüşünə baxmamışam, baxmaq fikrim də yoxdur. Həmin oyunda “İnter” haqda fikir yürütmək düzgün deyil. Stolumun üstündə “İnter”in AZAL və “Rəvan”la görüşlərinin videoyazısı var. Bu oyunlara əsasən, rəqibə hazırlaşacağıq. Futbolda məğlubedilməz komanda olmur. Ona görə də meydana yalnız qələbə üçün çıxacağıq".
