18 fevral 2014 11:22
Vilyam Tyeqo: Bakının Neftçiyə qalib gəlməsi, Xəzər Lənkəranı da məğlub edəcəyi demək deyil
"Xəzər Lənkəran"ın futbolçusu Vilyam Tyeqo azerisport.az saytına müsahibəsində "Qəbələ" üzərində qələbədən, "Bakı" ilə oyundan danışıb:
- "Qəbələ" ilə oyunda uğur qazanmağınız asan olmadı. Rəqib hesabı açanda nə düşünürdünüz?
- Səfər görüşümüzün çətin olacağını bilirdik. Baş məşqçimiz sona qədər mübarizə aparmağı tapşırmışdı. "Qəbələ"nin kifayət qədər yaxşı futbolçuları var. Qol buraxmağımız bizim daha yaxşı oynamağımıza səbəb oldu. Məğlubiyyət barədə düşünmürdük. Komandamızın uğuruna inanırdıq. Sözsüz ki, oyun dramatik alındı. Fikrimcə, biz bu qələbəyə layiq idik. 3 xalı zəhmətimizlə qazandıq.
- Son qolda qapıçı Kamran Ağayevin də səhvi oldu. Demək olar ki, bəxtiniz gətirib?
- Qələbəni bəxtlə əlaqələndirməzdim. Sadəcə, oyun sürətli hücumlarla davam edirdi. Bəzən olur ki, komandalar təzyiqə dözmür və səhvlərə yol verir. Bizim oyunda da belə oldu. Hesab bərabərləşəndən sonra da hücumlarımızı davam edirdik. Rəqib səhvə yol verdi, biz isə qələbə topunu vurduq.
- 3 oyuna 7 xal qazanmısınız. Demək olar, çempionluq uğrunda mübarizəyə qoşula bilərsiniz?
- Riyazi cəhətdən mükafatçılar sırasına düşmək uğrunda yarışmağımız mümkündür. Amma biz sonluq haqda indi düşünmürük. Hazırda bizi maraqlandıran növbəti görüşdür. Hər oyun haqda düşünürük. Yalnız bu yolla nəticə qazanmaq olar. Hazırda bizə xallarımızı artırmaq lazımdır. Çempionatda getdikcə gərginlik artır. Bu rəqabətdən qalib ayrılmaq üçün möhkəm iradə lazımdır.
- “Bakı” klubu haqda nə düşünürsünüz?
- Bizə rəqibin kimliyi vacib deyil. “Xəzər Lənkəran” hər görüşə 3 xal üçün çıxır. Doğma meydanda oynayanda qələbə qazanmaq borcumuzdur. Güclü azarkeş dəstəyi altında yalnız qələbə bizi razı sala bilər. Amma bilirik ki, “Bakı” ilə görüş “Qəbələ”dən çətin olacaq. Hər növbəti görüş əvvəlkindən çətin olur.
- Siz “Neftçi” ilə 2:2 oynadınız, “Bakı” isə 2:0 hesabı ilə qalib gəldi. Demək olar ki, Lənkərandakı görüşün favoriti “Bakı” olacaq?
- Razı deyiləm. Bakının “Neftçi” üzərində qələbəsi “Xəzər Lənkəran”a da qalib gələcəyi demək deyil. Bu, ayrı-ayrı oyunlardır. Futbolda belə müqayisə olmur. Komandamız “Bakı” ilə görüşə tam hazır vəziyyətdə çıxacaq. Kimin güclü olduğu 90 dəqiqənin yekununda məlum olacaq.
- Qəbələdəki qələbədən sonra baş məşqçi Mustafa Dənizli sizə nə dedi?
- Komandanın bütün üzvlərini təbrik elədi. Sona qədər mübarizə apardığımıza görə təşəkkür etdi. Növbəti oyunlarda da uğurun davamını gətirməyin vacibliyini qeyd elədi.
- Sən qışda komandaya qoşulmusan. Keçirilən 3 oyundan sonra Azərbaycan Premyer Liqası haqda fikirlərin necədir?
- Burda qələbə qazanmaq asan deyil. Çempionatda mübarizə aparmaq kənardan göründüyü kimi asan başa gəlmir. Komandaların çoxunda yüksək səviyyəli legionerlər var. 5-6 klub çempionluq uğrunda yarışır. Bu mənada, çempionatın maraqlı olduğunu deməliyəm. Rəqabət yüksəkdir. Ona görə də sona qədər çempionun hansı klub olacağı məlum olmayacaq.