18 fevral 2014 17:22
Ermənistan yığmasının oyunçusu - Məmmədov yoxsa Aslanyan?
Ermənistan yığmasının futbolçusu Norayr Məmmədov mövsümün sonunda soyadını “Aslanyan” soyadı ilə əvəz etmək fikrindədir. Azerisport.az xəbər verir ki, Məmmədov bu barədə fikrini açıqlayıb:
“Məsələ bundadır ki, mən soyadımı hələ mövsümün gedişinə dəyişmişəm. İndi bunu etsəm, mənə rahat olmaz. Məni Məmmədov kimi tanıyırlar. Yeni soyadla isə tanınmaram. Mən köhnə soyadımla olan futbolkamı dəyişmək üçün mövsümün sonunu gözləyirəm. Klubdan da mənə belə məsləhət verilib”.
(Ermənistan KİV-i)
Qeyd edək ki, Məmmədovun atası milliyyətcə azərbaycanlıdır.
