18 fevral 2014 17:11
Simurq və Qəbələ liderə yaxınlaşdı
Bu gün əvəzedicilər arasında çempionatın 22-ci tur oyunları keçirilib. Azerisport.az PFL-ə istinadən xəbər verir ki, “Simurq” evdə “Sumqayıt”ı (2:1), “Qəbələ” isə səfərdə AZAL-ı məğlub edərək, 42 xal toplayıb və “Neftçi” ilə oyunda xal itirmiş (4:4) “İnter”ə yaxınlaşıblar.
“Xəzər Lənkəran” evdə “Bakı” ilə sülh bağlayıb (1:1). “Rəvan” isə “Qarabağ”a tab gətirib (0:0).
