18 fevral 2014 16:13
Rəmzi komanda açıqlandı, Subotiç 21-ci turun ən yaxşı oyunçusudur
PFL 21-ci turun rəmzi yığmasını açıqlayıb. Azerisport.az xəbər verir ki, InStat Football-ın göstəricilərinə əsasən, rəmzi komandanı diqqətinizə çatdırır:
Qapıçı: Aqil Məmmədov (“Bakı”);
Müdafiəçilər: Vanderson Skarduelli (“Xəzər Lənkəran”), Elvin Yuniszadə (“Neftçi”), Vladimir Levin (“Qəbələ”), Ruslan Əmircanov (“İnter”);
Yarımmüdafiəçilər: Cavid Hüseynov (“Bakı”), Abdulla Abatsiyev (“İnter”), Elnur Abdullayev, Sadio Tounkara (hər ikisi “Xəzər Lənkəran”);
Hücumçular: Daniel Subotiç (“Qəbələ”), Etame Mbilla (“Xəzər Lənkəran”).
Turun ən yaxşı oyunçusu Daniel Subotiç seçilib. Statistikaya əsasən, 21-ci turda “Qarabağ” topa hamıdan çox sahib olmuş və ən çox ötürmə vermiş komandadır. “Neftçi” ən çox hücum etmiş, “Qəbələ” isə qapıya ən çox zərbə endirmiş komanda olub.
