18 fevral 2014 16:11
Patrik Osiakanın sarı vərəqəsi təsdiqləndi
AFFA İntizam Komitəsi ölkə futbolunda müxtəlif turnirlərdə oyun günü ərzində baş vermiş neqativ hallarla bağlı növbəti cərimə və cəzaları açıqlayıb. Azerisport.az xəbər verir ki, İK Patrik Osiakanın sarı vərəqəsini təsdiqləyib:
İntizam Komitəsinə daxil olmuş məlumata əsasən Topaz Premyer Liqasının XII turunun “Bakı” - “Simurq” matçının 57-ci dəqiqəsində “Simurq” klubunun 8 №-li futbolçusu Patrik Osiakaya göstərilmiş sarı vərəqə matçın hakiminin səhvi nəticəsində protokolda qeyd edilməmişdir. Lakin oyunun videoyazısını izlədikdə həqiqətən də həmin dəqiqədə adıçəkilən futbolçunun sarı vərəqə ilə cəzalandığı aşkar olunmuşdur. Bu səbəbdən protokolda qeyd edilməyən sarı vərəqə “Simurq” klubunun 8 №-li futbolçusu Patrik Osiakanın aktivinə əlavə edilir.
Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
(AFFA)
