18 fevral 2014 15:33
Neftçi və Bakı cərimələndi
AFFA İntizam Komitəsi ölkə futbolunda müxtəlif turnirlərdə oyun günü ərzində baş vermiş neqativ hallarla bağlı növbəti cərimə və cəzaları açıqlayıb. Azerisport.az İK-nın qərarlarını diqqətinizə çatdırır:
15 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XXI turunun “Bakı” - “Neftçi” matçında “Bakı” klubunun 5, “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunub.
(AFFA)
